Bloq · Uroloji problemlər

Batıq penis və mikropenis: fərq nədir?

Valideynlər tez-tez narahat olur: «Uşağımın penisi kiçikdir.» Dr. Əlituran Hüseynzadənin ilk sualı isə budur: penis həqiqətən kiçikdir, yoxsa sadəcə görünmür?

Mikropenis nədir?

Penisin ölçüsünün yaş normasına görə tibbi olaraq həqiqətən kiçik olmasıdır. Səbəb adətən hormonal fonla bağlıdır; qiymətləndirmə uşaq endokrinoloqu ilə birlikdə aparılır.

Batıq (gömülü) penis nədir?

Penisin ölçüsü tamamilə normaldır! Sadəcə qasıq nahiyəsindəki piy toxumasının altında və ya anatomik bağların fərqli olması səbəbindən «gizlənib». Həkimin izahına görə əsas səbəb penisi xaricdə saxlayan bağ aparatının zəif inkişafı və ya düzgün bərkiməməsidir.

Artıq çəki səbəbdirmi?

Həmişə yox. Həkimin müşahidəsində çox artıq çəkili, lakin bağları normal inkişaf etmiş uşaqlarda penis içəri qaçmır. Əgər penis içəri qaçırsa, düymə kimi kiçik görünürsə, bu, batıq penis ola bilər və gecikdirilmədən uşaq cərrahı müayinəsi lazımdır.

Niyə gözləmək olmaz?

«Arıqlasın, düzələcək», «böyüsün, düzələcək» deyə gözləyən ailələrdə uşaq böyük yaşa çatır, penis kiçik qalır və uşaq psixoloji travma alır. Batıq penisli uşağın standart sünnəti isə dərinin çox kəsilməsinə səbəb ola bilər.

Nə etməli?

Sünnətdən əvvəl uşaq cərrahı müayinəsi. Batıq penis aşkarlanarsa, əvvəlcə cərrahi korreksiya, sonra ölçüyə uyğun sünnət.

Tez-tez axtarılanlar

Qəbula yazıl

Qəbul öncədən qeydiyyatla aparılır. Formu doldurun: «WhatsApp ilə göndər» düyməsini basdıqda mesajınız WhatsApp-da hazır olacaq. Zəng etmək də olar.

Məsələn: 3 həftə, 8 ay, 5 yaş

Şikayəti, əvvəlki müayinə və əməliyyatları, varsa analiz və USM nəticələrini qısaca yazın.

Çərəz ayarları