Uşaq cərrahiyyəsi · Uşaq urologiyası
Xidmətlər və xəstəliklər
Dr. Əlituran Hüseynzadə uşaqlarda sidik-cinsiyyət sistemi problemlərinin, yırtıqların, anadangəlmə inkişaf qüsurlarının, iltihabi və cərrahi müdaxilə tələb edən digər xəstəliklərin müayinə və müalicəsini aparır.
Hər vəziyyətdə əməliyyat lazım olmur. Bəzi hallarda müşahidə kifayətdir, bəzən əlavə müayinə və ya başqa ixtisas sahibinin rəyi lazımdır. Müalicə yolu yalnız müayinədən sonra, valideynlə birlikdə müəyyən olunur.
Sünnət və cinsiyyət orqanının anomaliyaları
- Sünnət Sünnət — penisin ucundakı sünnət dərisinin cərrahi yolla götürülməsidir.
- Düzgün edilməmiş sünnət və bərpası Düzgün edilməmiş sünnət — dərinin həddindən artıq uzun saxlanması və ya çox kəsilməsi, əyri kəsik, gizli anomaliyanın (hipospadiya, batıq penis) gözdən qaçırılması, ağır…
- Hipospadiya (peyğəmbər sünnəti) Hipospadiya — sidik kanalının xarici dəliyinin penisin ucunda deyil, alt tərəfində (bəzən xaya torbası və ya aralıq nahiyəsində) açıldığı anadangəlmə…
- Batıq penis və kiçik penis şübhəsi Batıq penis — ölçüsü normal olan penisin qasıq nahiyəsindəki toxumaların içində «gizlənməsi», kiçik, «düymə» kimi görünməsidir.
- Fimoz və parafimoz Fimoz — sünnət dərisinin geri çəkilə bilməməsidir.
- Sidik kanalı darlıqları: meatal stenoz, meatal pərdə, uretra darlığı Sidik kanalı darlığı sidik axınının nazik, zəif, dağınıq və ya çətin olması ilə özünü göstərir.
- Epispadiya (maarifləndirici) Epispadiya — sidik kanalının inkişafı ilə bağlı nadir anadangəlmə vəziyyətdir: kanalın çıxışı penisin yuxarı tərəfində yerləşir.
Xaya və qasıq
- Enməmiş xaya (kriptorxizm) Kriptorxizm — xayanın (və ya hər iki xayanın) xaya torbasına enməyib qarın boşluğunda və ya qasıq nahiyəsində qalmasıdır.
- Qasıq yırtığı Uşaqlarda qasıq yırtığı anadangəlmədir: doğuşa qədər bağlanmalı olan qasıq kanalındakı yol açıq qalır və qarın boşluğu orqanları — bağırsaq, piylik, qızlarda yumurtalıq…
- Xayada maye və kista (hidrosel, kordon kisti) Hidrosel — xayanın ətrafında maye yığılmasıdır; kordon kisti — toxum ciyəsi boyunca məhdud maye kisəsidir.
- Varikosel Varikosel — xaya torbasındakı venaların genişlənməsidir; çox vaxt sol tərəfdə və yeniyetməlik dövründə aşkarlanır.
- Xaya burulması (təcili hal) Xaya burulması — xayanın öz ox ətrafında burularaq qan təchizatının kəsilməsidir.
Qarın və bağırsaq
- Appendisit və qarın ağrısı Appendisit — kor bağırsağın ucundakı appendiksin iltihabıdır və uşaqlarda təcili cərrahi müdaxilə tələb edən vəziyyətlərdən biridir.
- Göbək yırtığı Göbək yırtığı — göbək nahiyəsində qarın divarındakı dəliyin tam bağlanmaması nəticəsində yaranan şişkinlikdir.
- İnvaginasiya İnvaginasiya — bağırsağın bir hissəsinin teleskop kimi digər hissənin içinə keçməsi nəticəsində yaranan bağırsaq keçməzliyidir.
- Qəbizlik Uşaqlarda qəbizliyin əksəriyyəti qidalanma, maye qəbulu və tualet vərdişləri ilə bağlıdır və cərrahi müdaxilə tələb etmir.
- Anal çat, paraproktit, anal fistul Uşağın anus nahiyəsində qızartı və hər defekasiya zamanı ağrı varsa, bunu «keçib gedər» deyə gözləmək olmaz — bunun bir neçə səbəbi ola bilər: anal çat, dəri…
Böyrək və sidik yolları
- Sidik yolu infeksiyası, sistit, sidikdə qan Sidik zamanı yanma, ağrı, tez-tez sidiyə getmə, qarnın aşağısında ağrı, sidiyin rəngi və ya qoxusunun dəyişməsi sidik yolu infeksiyasının — o cümlədən sidik kisəsinin…
- Sidik qaçırma Uşaqlarda sidik qaçırma bəzən yaşla bağlı keçici haldır, lakin həmişə «normal böyümə mərhələsi» kimi qiymətləndirilməməlidir — bəzən altda tibbi səbəb…
- Böyrək genişlənməsi (hidronefroz) Böyrək genişlənməsi — böyrəyin sidik toplayan hissəsinin genişlənməsidir və çox vaxt hamiləlik dövründə və ya körpəlikdə USM zamanı aşkarlanır.
- Böyrək daşı Böyrək daşı yalnız böyüklərə aid problem deyil.
- Uraxus anomaliyaları (maarifləndirici) Uraxus — ana bətnində sidik kisəsi ilə göbək arasında olan və doğuşdan sonra adətən bağlanan kanaldır.
Ağız boşluğu
Dəri, yumşaq toxuma, əl və ayaq
- Dermoid kista, hemangioma, dəri və dərialtı törəmələr Uşaqlarda dəri və dərialtı törəmələrin çoxu xoşxassəlidir.
- Qıl dönməsi (pilonidal sinus) Qıl dönməsi (pilonidal sinus) — çox vaxt oma arası nahiyədə, dərinin altında qılların toplandığı kanal və ya kisədir.
- Əlavə və bitişik barmaqlar (polidaktiliya, sindaktiliya) Polidaktiliya — əl və ya ayaq barmaqlarının sayının normadan çox olması, sindaktiliya — iki və ya daha çox barmağın bir-birinə bitişik olmasıdır.
Yenidoğulmuşlar və təhlükəsizlik
- Yenidoğulmuşlarda cərrahi problemlər Bəzi cərrahi problemlər doğuşdan etibarən müşahidə oluna bilər və erkən müdaxilə onların sağlam gələcəyi üçün vacibdir.
- Maqnit və batareya udulması Uşağın udduğu iki və daha çox maqnit bağırsağın ayrı-ayrı hissələrində bir-birini cəzb edərək bağırsaq divarını sıxa və deşə bilər.

