Yenidoğulmuşlar və təhlükəsizlik
Yenidoğulmuşlarda cərrahi problemlər
Qısa cavab
Bəzi cərrahi problemlər doğuşdan etibarən müşahidə oluna bilər və erkən müdaxilə onların sağlam gələcəyi üçün vacibdir. Dr. Hüseynzadə hər yenidoğulmuşun uşaq cərrahı tərəfindən müayinə olunmasını, sonra isə müntəzəm həkim müayinələrini tövsiyə edir. Vaxtında diaqnoz düzgün müalicənin ilk addımıdır.
Ümumi məlumat
Valideyn nəyə diqqət etməlidir
- Xayalar — hər iki xaya xaya torbasında olmalıdır. Enməmiş xaya (kriptorxizm) və orxiopeksiya
- Sidik kanalının dəliyi — penisin ucunda olmalıdır; sünnət dərisinin quruluşunda qeyri-adilik hipospadiya əlaməti ola bilər. Hipospadiya (peyğəmbər sünnəti)
- Penisin görünüşü — «gizli» görünən penis batıq penis ola bilər. Batıq (gömülü) penis
- Qasıq, xaya torbası və göbəkdə şişkinlik — yırtıq və ya hidrosel. Uşaqlarda qasıq yırtığı, Uşaqlarda göbək yırtığı, Xayada maye və kista (hidrosel, kordon kisti)
- İlk nəcis və qarın — ilk nəcisin gec keçməsi, qarın köpməsi, qusma təcili müayinə tələb edir. Qəbizlik: nə vaxt cərrahi qiymətləndirmə lazımdır
- Əmmə — körpə süd əmə bilmirsə, dil bağı səbəb ola bilər. Dil bağı (ankiloglossiya) və dodaq bağı
- Barmaqlar — əlavə və ya bitişik barmaqlar. Əlavə və bitişik barmaqlar (polidaktiliya, sindaktiliya)
- Göbək — göbəkdən axıntı. Uraxus anomaliyaları
- Hamiləlikdə USM-də böyrək genişlənməsi aşkarlanıbsa — doğuşdan sonra nəzarət. Böyrək genişlənməsi (hidronefroz)
Yenidoğulmuş dövründə sünnət
Həkimin tövsiyəsinə görə sünnət üçün ən uyğun dövr iki həftə ilə iki ay arasıdır. Yenidoğulmuşda sünnətin əsas şərtləri: uşağın heç bir əlavə sağlamlıq probleminin olmaması və cinsiyyət orqanının bu prosedura uyğun olması. Anadangəlmə cərrahi patologiya varsa və ya ailədə hemofiliyalı xəstə varsa, yenidoğulmuşun birbaşa sünnət olunması tövsiyə edilmir — əvvəlcə uşaq cərrahı müayinəsi və qan analizi mütləqdir. Bədən istiliyini saxlaya bilməyən, aktiv qidalanmayan, xəstə körpələrə sünnət edilmir.
Dr. Hüseynzadənin praktikasından
- Həkim yenidoğulmuşlarda ən çox rast gəlinən cərrahi patologiyalar haqqında maarifləndirici video paylaşıb.
- Yeddi günlükdən etibarən yenidoğulmuşlarda yerli keyləşdirmə ilə sünnət; dörd həftəlik körpədə fimoz səbəbindən sünnət.


