Bloq · Yenidoğulmuşlar

«Böyüyəndə keçər» demək olmayan əlamətlər

Bəzi əlamətlər «normaldır, böyüyəndə keçər» deyə düşünülür. Dr. Əlituran Hüseynzadənin xəbərdarlığı: bu, hər zaman belə deyil. Bəzi patologiyalar uşaq yaşlarında heç bir narahatlıq yaratmasa da, illər sonra reproduktiv problemlər kimi ciddi nəticələrə gətirib çıxara bilər.

Gözləmək yox, müayinə tələb edən hallar

  1. Qasıqda və ya xaya torbasında şişkinlik — qasıq yırtığı öz-özünə keçmir.
  2. Xayanın yerində olmaması — altı aydan sonra gözləmək tövsiyə olunmur.
  3. Penisin «gizli» görünməsi — batıq penis arıqlamaqla düzəlmir.
  4. Sidik kanalı dəliyinin ucda olmaması — hipospadiyalı uşaq sünnət edilmir.
  5. Təkrarlanan qarın ağrısı — xüsusən qusma və hərarətlə.
  6. Davamlı qəbizlik — xüsusən doğuşdan bəri davam edirsə.
  7. Sidik qaçırma — həmişə «böyümə mərhələsi» deyil.

Hər problem əməliyyat demək deyil

Eyni zamanda həkim narahatlığı şişirtməməyə də çağırır. Məsələn, USM-də aşkarlanan böyrək genişlənməsi hər zaman ciddi problem və ya əməliyyat ehtiyacı demək deyil; göbək yırtığı iki yaşa qədər öz-özünə bağlana bilər. Fərqi yalnız müayinə göstərir.

Tez-tez axtarılanlar

Qəbula yazıl

Qəbul öncədən qeydiyyatla aparılır. Formu doldurun: «WhatsApp ilə göndər» düyməsini basdıqda mesajınız WhatsApp-da hazır olacaq. Zəng etmək də olar.

Məsələn: 3 həftə, 8 ay, 5 yaş

Şikayəti, əvvəlki müayinə və əməliyyatları, varsa analiz və USM nəticələrini qısaca yazın.

Çərəz ayarları