Bloq · Təhlükəsizlik

Maqnit və düymə batareya: evdə gözəgörünməz təhlükə

Dr. Əlituran Hüseynzadədən valideynlərə ən vacib tövsiyəsini soruşanda o, nə sünnətdən, nə də əməliyyatlardan danışdı. Onun cavabı evdəki iki adi əşya ilə bağlı oldu: şarikli maqnitlər və düymə tipli batareyalar.

Maqnitlər niyə təhlükəlidir?

Uşaq parlaq şarikləri şirniyyat və ya noğul zənn edib udur. İki və daha çox maqnit bağırsağın ayrı-ayrı hissələrində bir-birini cəzb edir, aralarında qalan bağırsaq divarını sıxır və deşə bilər.

Batareyalar niyə daha da təhlükəlidir?

Düymə batareya ağızda və ya qida borusunda ilişib qala bilər; qısa müddətdə yerində gedən kimyəvi reaksiya toxumanı yandırır, qida borusunu deşə və yaxınlıqdakı əsas damarları zədələyə bilər.

Uşaq uddusa nə etməli?

  • Əlamət olmasa belə, gözləmədən ən yaxın xəstəxanaya müraciət edin.
  • Qusdurmağa çalışmayın.
  • Udulan əşyanın eynisini və ya qablaşdırmasını götürün.

Necə qorunmalı?

  • İki-üç yaşlı uşaqlara şarikli maqnit oyuncaqlar almayın.
  • Batareyaları və onlarla işləyən əşyaları (pult, tərəzi, oyuncaq) uşağın əli çatmayan yerdə saxlayın; batareya qapaqlarının bərk bağlandığını yoxlayın.
  • İstifadə olunmuş batareyaları dərhal və təhlükəsiz atın.

Tez-tez axtarılanlar

Qəbula yazıl

Qəbul öncədən qeydiyyatla aparılır. Formu doldurun: «WhatsApp ilə göndər» düyməsini basdıqda mesajınız WhatsApp-da hazır olacaq. Zəng etmək də olar.

Məsələn: 3 həftə, 8 ay, 5 yaş

Şikayəti, əvvəlki müayinə və əməliyyatları, varsa analiz və USM nəticələrini qısaca yazın.

Çərəz ayarları