Qarın ağrısının təhlükəli səbəbləri
- Kəskin appendisit — ağrı göbək ətrafında başlayıb sağ qasıq nahiyəsinə keçir; ürəkbulanma, qusma, hərarət.
- İnvaginasiya (bağırsaq keçməzliyi) — tutmaşəkilli şiddətli ağrı və qusma.
- Boğulmuş yırtıq — qasıq və ya göbək nahiyəsində kəskin ağrı və sərtlik.
- Mədə-bağırsaq infeksiyaları və parazitar xəstəliklər.
Xüsusi diqqət tələb edən əlamətlər:
- ağrı uşağı yuxudan oyadırsa;
- yüksək hərarət, dayanmayan qusma varsa;
- qarında kəskin sərtlik varsa;
- ağrı getdikcə artır və şiddətlənirsə.
Ağrıkəsici vermək olarmı?
Həkimin cavabı: «Uşaqda qarın ağrısı başlayırsa, bunu ağrıkəsici verib keçib demək olmaz.» Ağrıkəsici ağrını müvəqqəti azaldıb diaqnozu gecikdirə bilər, appendisit isə qısa müddətdə ağırlaşa bilər.
Ağrı təkrarlanırsa
Ağrı tez-tez təkrar olunursa, şiddətlənirsə və yanında qusma, hərarət kimi əlamətlər varsa, vaxt itirmədən mütəxəssisə müraciət edin.


