Bloq · Sünnət

«Lazer sünnət» nədir? Həkimin izahı

«Lazerlə sünnət edirsiniz?» — valideynlərin tez-tez verdiyi sualdır. Dr. Əlituran Hüseynzadənin cavabı: «Əslində lazerlə sünnət olmur.»

«Lazer» adlanan alət nədir?

Həkimin izahına görə xalq arasında «lazer» deyilən alət monopolyar koterin və ya termokoterin adıdır. Belə alətdə dəri elektriklə qızdırılan uc ilə kəsilir; istiliyin təsiri ilə damarlar «yanır» və qanaxma görünmür. «Qansız sünnət» təsəvvürü də buradan yaranır.

Niyə ehtiyat lazımdır?

Tibbdə koterlər əməliyyat zamanı qanamanı nəzarətdə saxlamaq üçün istifadə olunur. Lakin penis kimi qan təchizatı və hissi sinirlər baxımından həssas, nazik uc orqanlarda monopolyar koterlə dərinin kəsilməsi təhlükəlidir: istilik kəsilən yerlə yanaşı qonşu toxumaları da yandıra bilər. Nəticədə toxumalarda çapıqlaşma və hissi sinirlərin zədələnməsi kimi qalıcı fəsadlar yarana bilər.

Həkimin tövsiyəsi

Sünnət klassik üsulla — soyuq kəsiklə aparılmalı, qanama isə bipolyar koterlə nəzarətdə saxlanılmalıdır. Bipolyar koterdə cərəyan yalnız alətin iki ucu arasında keçir və təsir sahəsi məhduddur.

Üsulu kim seçir?

Valideynin «lazer» və ya «qansız» kimi reklam ifadələrinə deyil, sünnətin harada, hansı şəraitdə və kim tərəfindən aparılacağına diqqət etməsi daha vacibdir: steril əməliyyatxana, uşaq cərrahı və ya uşaq uroloqu, əvvəlcədən müayinə.

Tez-tez axtarılanlar

Qəbula yazıl

Qəbul öncədən qeydiyyatla aparılır. Formu doldurun: «WhatsApp ilə göndər» düyməsini basdıqda mesajınız WhatsApp-da hazır olacaq. Zəng etmək də olar.

Məsələn: 3 həftə, 8 ay, 5 yaş

Şikayəti, əvvəlki müayinə və əməliyyatları, varsa analiz və USM nəticələrini qısaca yazın.

Çərəz ayarları