Cinsiyyət orqanının anadangəlmə anomaliyaları
- Hipospadiya (peyğəmbər sünnəti): sünnət dərisi sonrakı bərpa əməliyyatında istifadə olunur, ona görə əvvəlcədən qorunmalıdır.
- Batıq penis: birbaşa sünnətdə dərinin çox hissəsi kəsilə bilər, orqan kiçik qalır.
- Penisin əyriliyi, mikropenis, penoskrotal transpozisiya (xaya dərisinin penis ətrafında yerləşməsi): xüsusi əməliyyat tələb edir.
Bu hallarda əvvəlcə anomaliya xüsusi əməliyyatla aradan qaldırılır.
Qanaxma xəstəlikləri
- Hemofiliya və ya qanın laxtalanmasının digər pozğunluqları olan uşaqlarda, həmçinin ailədə belə xəstəlik varsa, qəti diaqnoz qoyulub lazımi tədbirlər görülənə qədər sünnət edilmir. Belə vəziyyətlər fərqli cərrahi yanaşma tələb edir.
Körpənin ümumi vəziyyəti
- Xəstə, bədən temperaturunu saxlaya bilməyən, aktiv qidalanmayan körpələrə sünnət edilmir — vəziyyət sabitləşənə qədər gözlənilir.
- Yenidoğulmuşda anadangəlmə cərrahi patologiya şübhəsi varsa — əvvəlcə uşaq cərrahı müayinəsi və qan analizi.
Əsas qayda: sünnətdən əvvəl hər uşaq uşaq cərrahı tərəfindən müayinə olunmalıdır. Gizli anomaliyalar məhz bu mərhələdə aşkarlanır.


