Bloq · Sünnət

Sünnətdən sonra qulluq: olar və olmaz

Sünnətin uğuru təkcə əməliyyatdan deyil, ondan sonrakı qulluqdan da asılıdır. Dr. Əlituran Hüseynzadənin valideynlərə verdiyi tövsiyələr:

İlk gün

  • Uşaq həddindən artıq hərəkətdən çəkinməlidir.
  • Böyük uşaqlar xüsusi sünnət tumanı geyə bilər — bu, hərəkət azadlığı verir və yaraya sürtünməni azaldır. Körpələrdə bu, çox vaxt lazım olmur.

Dərmanlar

  • Həkim yaranın sağalması üçün antiseptik məhlul və məlhəm yazır. Onlardan göstərişə uyğun istifadə olunur.
  • Uşaq sidiyə gedəndə və ya nəcis ifraz edəndə yara təmizlənir və dərman yenidən tətbiq olunur.

Nə etmək olmaz

  • Uşağı sıx bələmək, üstünü havasız örtmək: havasız mühit yaranın infeksiyalaşma riskini artırır.

Tikişlər

  • Öz-özünə əriyən tikiş materialı istifadə olunur — tikişlərin sökülməsinə ehtiyac yoxdur.

Çimmək və gigiyena

  • Sünnətdən 3–4 gün sonra uşağı yumaq olar.
  • Tam sağaldıqdan sonra uşağa sünnət yerini sabunlu su ilə yuyub qurutmağı öyrətmək lazımdır — gigiyena həyat boyu vacib qalır.

Oyun və aktivlik

  • Bir həftədən sonra uşaq gəzə, oynaya və hətta üzə bilər; bu zaman sünnət yerinə zərbə və sürtünmə olmamalıdır.

Sağalma müddəti

  • Yenidoğulmuş və körpələrdə adətən 2–3 gün; altı yaşdan böyük uşaqlarda 5–10 gün.

Normal hesab olunan

  • Keyləşdirici vurulan yerlərdə kiçik qızartı, penis başında yüngül şişkinlik və göyərmə — sonrakı günlərdə keçir. Geyim və hərəkətlə bağlı tövsiyələrə əməl edilməzsə, qızartı və şişkinlik artıb sağalmanı bir neçə gün gecikdirə bilər.

Həkimə göstərilməli hallar

  • Penisdə və ya başında şiddətli göyərmə (nadir olur), dayanmayan qanaxma, uşağın sidiyə çıxa bilməməsi, irinli axıntı və ya yüksək hərarət.

Batıq penisi olan və ya bilmədən sünnət edilmiş uşaqlarda

  • Həkim təxminən 40–50 gün sünnət masajı tövsiyə edə bilər: dərini aşağı çəkib penis başını çölə çıxarmaq, sağalma dövründə daralmanın qarşısını almaq üçün. Masajın necə ediləcəyini həkim göstərir.

Tez-tez axtarılanlar

Qəbula yazıl

Qəbul öncədən qeydiyyatla aparılır. Formu doldurun: «WhatsApp ilə göndər» düyməsini basdıqda mesajınız WhatsApp-da hazır olacaq. Zəng etmək də olar.

Məsələn: 3 həftə, 8 ay, 5 yaş

Şikayəti, əvvəlki müayinə və əməliyyatları, varsa analiz və USM nəticələrini qısaca yazın.

Çərəz ayarları