Bloq · Sünnət

Uşağı sünnətə necə hazırlamalı

Böyük yaşda sünnət olunacaq uşaq üçün əsas çətinlik çox vaxt əməliyyatın özü deyil, ondan əvvəlki qorxudur. Dr. Hüseynzadənin tövsiyələri:

Uşağa həqiqəti deyin

Sünnət haqqında faktlara əsaslanaraq danışın. Heç vaxt yalan danışmayın — hətta «məsum» və «kiçik» yalanlar da sünnət və ondan sonrakı dövrü daha çətin edə bilər.

Yersiz söhbətlərdən çəkinin

Sünnət haqqında uyğun mühitdə danışın; başqalarının uşağa qorxulu sözlər deməsinin qarşısını alın.

İlk gəliş — tanışlıq və müayinə

Qəbula yazılın və uşağı əvvəlcə müayinəyə gətirin: bu, həm uşağın həkimlə tanış olması, həm də anadangəlmə anomaliyanın olub-olmadığını yoxlamaq üçün vacibdir. Uşağa deyin ki, ilk gəliş müayinə üçündür və sünnətlə bağlı bütün suallarına əməliyyatı aparacaq həkim cavab verəcək.

Keyləşdirmə üsulu birlikdə seçilir

Uşaq çox qorxursa, sünnət sedasiya ilə — uşaq yatmış vəziyyətdə aparılır. Sakit və hazır uşaqlarda yerli keyləşdirmə mümkündür. Qərar müayinədən sonra valideynlə birlikdə verilir.

Analiz

Əməliyyatdan əvvəl qanın laxtalanma göstəriciləri yoxlanılır; ailədə qanaxma xəstəliyi varsa, həkimə mütləq bildirin.

Erkən yaşın üstünlüyü

Həkimin müşahidəsinə görə bir-üç aylıq dövrdə aparılan sünnətlər daha tez sağalır, şişkinlik az olur və körpə narahatlıq keçirmir — bu yaşda psixoloji hazırlığa ehtiyac da qalmır.

Tez-tez axtarılanlar

Qəbula yazıl

Qəbul öncədən qeydiyyatla aparılır. Formu doldurun: «WhatsApp ilə göndər» düyməsini basdıqda mesajınız WhatsApp-da hazır olacaq. Zəng etmək də olar.

Məsələn: 3 həftə, 8 ay, 5 yaş

Şikayəti, əvvəlki müayinə və əməliyyatları, varsa analiz və USM nəticələrini qısaca yazın.

Çərəz ayarları